SON DƏQİQƏ
» » Azərbaycanda daha bir vacib qanuna dəyişiklik edilir?

Azərbaycanda daha bir vacib qanuna dəyişiklik edilir?

Tarix:

17-12-2021, 14:48

/ 1 232 dəfə oxundu.
Azərbaycanda daha bir vacib qanuna dəyişiklik edilir?

Azərbaycanda övladlığagötürmə qaydasına dəyişiklik təklif edilir.

Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif olunur.

Dəyişikliklə Məcəllənin 118.20-ci bəndi yeni redaksiyada verilir:

"Uşağın övladlığa götürülməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək "Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə ötürülür”.

Məcəllənin hazırkı bəndi isə belədir: "Məhkəmə uşağın övladlığa götürülməsi barədə qətnamənin qüvvəyə mindiyi gündən 3 (üç) gün müddətində bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ