SON DƏQİQƏ

Kamran Əliyevdən yeni təyinat

Tarix:

17-12-2021, 11:00

/ 1 378 dəfə oxundu.
Kamran Əliyevdən yeni təyinat

Baş prokuror iki rayona yeni prokurorlar təyin edib.

Baş Prokurorluqdan verilən məlumata görə, Baş Prokuror Kamran Əliyevin imzaladığı əmrlə Baş Prokurorluğun müvafiq idarəsinin böyük prokuroru Qibləli Kərimov tutduğu vəzifədən azad olunaraq, Zəngilan rayon prokuroru vəzifəsinə təyin edilib.

K.Əliyevin digər əmri ilə Zəngilan rayon prokuroru Lalə Hüseynova tutduğu vəzifədən azad olunaraq, Hacıqabul rayon prokuroru vəzifəsinə təyin edilib.

скачать dle 12.1

Şərhlər