SON DƏQİQƏ

Mahaçqala-Bakı birbaşa aviareysi açılacaq

Tarix:

15-12-2021, 23:00

/ 1 481 dəfə oxundu.
Mahaçqala-Bakı birbaşa aviareysi açılacaq

2022-ci il yanvarın 1-dən Mahaçqala ilə Bakı arasında birbaşa aviareysin açılması planlaşdırılır.

GunAz.az xəbər verir ki, Mahaçqala hava limanının mətbuat xidmətinin rəhbəri Sapura Maqomedova TASS-a bildirib ki, uçuşlar şənbə günləri planlaşdırılır.

 

"2022-ci il yanvarın 1-dən S7 aviaşirkəti Mahaçqala hava limanından Bakıya reyslər açacaq. Uçuşlar şənbə günləri planlaşdırılır”, – deyə Maqomedova bildirib.

Onun sözlərinə görə, uçuşlar 176 sərnişin tutumlu Boeing 737-800 təyyarələrində həyata keçiriləcək.

"Uçuş cədvəli belədir: Mahaçqala hava limanından Moskva vaxtı ilə saat 16:00-da uçuş, Bakıya eniş yerli vaxtla saat 18:00 olacaq. Bakıdan uçuş yerli vaxtla saat 18:55-də, Mahaçqala hava limanına enişMoskva vaxtı ilə saat 19:00-da olacaq”, – deyə mətbuat katibi əlavə edib.

Maqomedovanın sözlərinə görə, Azərbaycana gələn bir yaşından yuxarı bütün sərnişinlər Bakıya uçuşa ən geci 72 saat qalmış COVID-19 (PCR) testinin mənfi nəticəsi olan çap olunmuş formada tibbi arayış və peyvənd sertifikatı (QR) təqdim etməlidirlər. /qafqazinfo


скачать dle 12.1

Şərhlər