SON DƏQİQƏ
» » Paşayeva Aydın Universitetini rektoru ilə görüşdü

Paşayeva Aydın Universitetini rektoru ilə görüşdü

Tarix:

9-12-2021, 22:59

/ 1 386 dəfə oxundu.
Paşayeva Aydın Universitetini rektoru ilə görüşdü

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Bakıda səfərdə olan İstanbul Aydın Universitetinin rektoru Mustafa Aydınla görüşüb.

GunAz.az xəbər verir ki, qardaş ölkə unveristetinin rektoru Komitə sədrinə universitetin tarixi, bugünü və gələcəyə yönəlik proqramları barədə məlumat verib. Rektor Azərbaycan universitetləri ilə sıx əməkdaşlığın prioritet olduğunu vurğulayıb.

Rektora təşəkkür edən Q.Paşayeva onu Azərbaycanda salamlamaqdan şad olduğunu bildirib, qardaş, dost, qonşu və strarteji müttəfiq Türkiyəyə səfərlərində təhsil və mədəniyyət ocaqlarını ziyarət etdiyini, müxtəlif mövzulu tədbirlərdə məruzələrlə çıxış etdiyini xatırladıb, təəssüratını bölüşüb:

"Mən bu səfər təəssüratlarım əsasında "Addım-addım Türkiyə” çoxcildliyini yazmışam. Ümidvaram, sizin şəhəriniz və universitetiniz də daxil olmaqla, kitabda yazılanlar xoşunuza gələcək”.

Universitet haqqında ətraflı bilgi və mədəni əlaqələrlə, təhsillə bağlı təkliflər üçün təşəkkür edən Komitə sədri rektora uğurlar arzulayıb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ