SON DƏQİQƏ

İsrail İrana qarşı B planını işə salır?

Tarix:

7-12-2021, 08:00

/ 1 264 dəfə oxundu.
İsrail İrana qarşı B planını işə salır?

İsrail müdafiə naziri Benni Qantz və MOSSAD rəhbəri David Barnea bu həftə Vaşinqtonda yüksək çinli məmurlarla keçirəcəkləri görüşlərdə ABŞ-ın İran hədəflərinə zərbə endirməsi üçün təkid edəcəklər.

Bu barədə İsrail telekanalları məlumat yayıb.

İddia edilib ki, Qantz və Barnea amerikalı həmkarlarını İrana qarşı "B planı”nın icrasına çağıracaq.

İsrailli rəsmilərin ABŞ-ın İrana qarşı daha sərt sanksiyaların tətbiqinə çalışacaqları da qeyd edilib.

"12-ci kanal”ın məlumatına görə, hədəf kimi İranın nüvə obyekti deyil, Yəməndəki bazası seçilib.

"Bu zərbənin hədəfi İranı Vyana danışıqlarında yumşalmağa məcbur etməkdir. MOSSAD rəhbəri isə İsrailin İranın nüvə proqramına qarşı əməliyyatları haqda məlumat verəcək”, - məlumatda bildirilib.

İddiaya görə, ABŞ İsraili xəbərdar edib ki, zərbələrdən çəkinsin, çünki hər uğursuz zərbə obyektlərin bərpasını gücləndirir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ