
Bu il bir çox metrostansiyaların çıxışında yeni il yarmarkaları qurulub. Bayram yaxınlaşdıqca müxtəlif bəzək əşyalarına, şam ağaclarına, hədiyyələrə, bir sözlə, Yeni il bayramı üçün lazım olan hər şeyə tələbat artır.
Yarmarkalarda şam ağacının qiyməti böyüklüyündən və formasından asılı olaraq 2 manatdan 90 manata qədər dəyişir. Şam ağacını bəzəmək üçün lazım olan bəzəklərin qutusu isə 2 manatdan başlayır. Zərlər hər biri 50 qəpikdən 5 manata, şar qiymətləri isə 1 dənəsi 10-20 qəpik arasındadır.
Yarmarkada şam ağacı işıqlarının qiyməti uzunluğundan asılı olaraq dfərqlidir. İşıqların qiyməti 4 manatla 40 manat arasındadır. Əgər evinizi daha da gözəlləşdirmək istəsəniz, bu zaman süni qarlar da ala bilərsiniz. Süni qarların qiyməti isə 2-3 manat təşkil edir.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən bildirilib ki, dekabrın 2-dən Bakının 12 rayonunda 20-yə yaxın bayram çadırının quraşdırılmasına başlanılıb.