SON DƏQİQƏ

Bu, humanist siyasətin təzahürüdür

Tarix:

2-12-2021, 23:07

/ 1 388 dəfə oxundu.
Bu, humanist siyasətin təzahürüdür

1995-2021-ci illər ərzində əvvəlcə ulu öndər Heydər Əliyev, sonra isə Prezident cənab İlham Əliyev tərəfindən ümumilikdə 67 əfv fərman və sərəncamı qəbul edilib ki, bu da humanist siyasətin bariz təzahürüdür.

GunAz.az xəbər verir ki, bunu Respublika Hərbi prokurorunun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyevin "Mükəmməl siyasətdən doğan humanistlik” sərlövhəli məqaləsində əksini tapıb.

"Hər kəsə məlumdur ki, dövlətimizin başçısının mütərəqqi siyasətinin mərkəzində insan amili dayanır. Millətinə xidməti həyat amalına çevirmiş örnək lider İlham Əliyev xalq qarşısında verdiyi vədləri son 18 ildə əməlləri ilə doğruldaraq hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirib. Ölkə rəhbərinin mövcud gerçəklikləri operativ və obyektiv şəkildə qiymətləndirərək cəmiyyətin sosial tələbatına uyğun çevik qərarlar qəbul etməsi, vətəndaşları narahat edən məsələləri qısa zamanda həll etməsi, hər zaman xalqın içində olması, mütəmadi olaraq vətəndaşlarla bilavasitə görüşməsi, onların qayğıları ilə maraqlanması, müraciətlərinə xüsusi həssaslıqla yanaşması, ciddi problemləri ilə bağlı məsələləri nəzarətə götürməsi, üzləşdikləri bütün çətinliklərin aradan qaldırılması üçün zəruri tədbirlər görülməsini təmin etməsi, insanların maddi və sosial rifahına xidmət edən, hər hansı şəkildə vəziyyətlərini yaxşılaşdıran qərarlar verməsi, aktlar qəbul etməsi və ya belə xarakterli qərar və aktların qəbul olunması üçün təşəbbüslər göstərməsi, o cümlədən onun təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il noyabrın 5-də "8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərar qəbul etməsi dövlətin və rəhbərinin xalqa olan doğma münasibətinin, hər bir vətəndaşa verdiyi yüksək dəyərin, ölkədə aparılan siyasətin qayəsini insan amilinin təşkil etməsinin təcəssümüdür”.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ