SON DƏQİQƏ
» » DİQQƏT: ÜST böyük təhlükə barədə XƏBƏRDARLIQ EDİB

DİQQƏT: ÜST böyük təhlükə barədə XƏBƏRDARLIQ EDİB

Tarix:

1-12-2021, 13:55

/ 1 198 dəfə oxundu.
DİQQƏT: ÜST böyük təhlükə barədə XƏBƏRDARLIQ EDİB

Co Bayden: "Panikaya düşməyək, amma narahat olaq”

Görəcək günlərimiz var imiş. Bəzən elə məlumatlar gəlir ki, mədəniyyət profilli portal olduğumuzu istər-istəməz unutmalı oluruq, bu ümumbəşəri problemdən söz açmaq məcburiyyətində qalırıq. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun "Omikron” adlı yeni variantının qlobal təhlükəsi, insanlara aman verməyəcəyi barədə ötən gün məlumat yayib.

"Ədəbiyyat və incəsənət” portalı BBC-yə istinadən xəbər verir ki, ÜST ilk dəfə noyabrın 24-də Cənubi Afrikada qeydə alınan "Omikron”un qlobal şəkildə yayılacağı və ağır fəsadlar törədəcəyini, indiyədək gördüyümüz Çin mənşəli koronavirusun və onun mutasiyalarının bu Cənubi Afrika mənşəlinin yanında "toya getməli olduğunu” açıqlayıb, bildirib ki, çoxsaylı mutasiyalar keçən "Omikron” ən güclü insan immunasını belə ram edə bilir, üstəlik, vaksinləşməni, koronanın digər növləri ilə yoluxub sağalmanı belə vecinə almır.

ÜST çoxsaylı yoluxmaları və çoxsaylı ölümləri göz önünə almaq barədə dünya ölkələrini xəbərdar edib.
Bu arada "Omikron” artıq Amerikada və Avropada da qeydə alınmağa başlayıb. ABŞ prezidenti Co Bayden televiziya ilə əhaliyə müraciət edərək söyləyib ki, panikaya düşməyək, amma narahat olaq.

ABŞ Afrika öıkələri ilə təyyarə əlaqəsini kəsib. Bəzi Avropa ölkələri yenidən sərhədlərini bağlamaq qərarı veriblər.

Allah özü saxlasın! Nə baş verir, izahı yoxdur.
Xatırladaq ki, 2020-ci ilin əvvəlində - koronavirus pandemiyasına sayılı günlər qalmış insan resursları üzrə belə bir statistik məlumat yayılmışdı: "Yer kürəsində 1 milyard əhali sayına çatmaq üçün min il lazım olmuşdu. Sonra 1 milyarda yüz il lazım oldu. Sonra isə əhali sayı daha yüksək həndəsi artım aldı. 1970-ci ildə dünya əhalisinin sayı 4 milyarda bərabər oldu, 50 ildən sonra - 2020-ci ildə əhali sayı iki dəfə artaraq 8 milyarda çatdı. Bu minvalla 2060-cı ildə Yer kürəsi əhalisinin katastrofik həddə - 32 milyarda çatacağı gözlənilir. Bu sayda əhalinin yaşaması üçün təbii resurslar əsla kifayət etməyəcək.”
Əlavə heç bir şərh vermək istəmirik.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ