SON DƏQİQƏ

Azərbaycanda benzinlə bağlı bir ilk

Tarix:

29-11-2021, 11:24

/ 1 326 dəfə oxundu.
Azərbaycanda benzinlə bağlı bir ilk

2022-ci ilin II rübündə Heydər Əliyev adına Neft Emalı Zavodunda "Avro-5" dizel yanacağının istehsalı planlaşdırılır.

Bunu SOCAR şirkətinin layihələr üzrə meneceri Emil Alxaslı deyib.

 

O bildirib ki, 2023-cü ildə "Avro-5” benzin yanacağı da istehsal olunacaq: "Cari mərhələ üzrə işlərin 2023-cü ildə başa çatması planlaşdırılır. İnşaatın pik dövründə tikintiyə cəlb olunan işçi sayı 9500-dən çoxdur. Burada 50-dən çox yerli və xarici podratçı şirkət işləyir. Zavodda 190-dan çox beynəlxalq və yerli avadanlıq istehsal olunacaq”.

O, qeyd edib ki, zavod ölkədə fəaliyyət göstərən neft-kimya müəssisələrinin əsas xammal təminatçısıdır.

скачать dle 12.1

Şərhlər