SON DƏQİQƏ
» » Bu şəxslərin kredit borcları ləğv edilsin- Təklif

Bu şəxslərin kredit borcları ləğv edilsin- Təklif

Tarix:

11-11-2021, 16:23

/ 2 182 dəfə oxundu.
Bu şəxslərin kredit borcları ləğv edilsin- Təklif

Bəzi hallarda cəmiyyətdə Birinci Qarabağ müharibəsində şəhid olanların ailə üzvləri ilə müqayisədə İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə daha çox diqqətin göstərilməsi ilə bağlı fikirlər yayılır. Hesab edirəm ki, bu iddiaların heç bir əsası yoxdur. Şəhid ailələri arasında fərq qoyulmur.

Bunu parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev noyabrın 11-də Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

O bildirib ki, İkinci Qarabağ müharibəsi şəhidlərinin kredit borcları ödənilib:

"Təklif edirəm ki, Birinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinin də kredit borclarının silinməsi və ya onlara hər hansı bir güzəştlərin edilməsi ilə bağlı məsələyə baxaq”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ