SON DƏQİQƏ

BDU-nun 4 müəllimi koronadan vəfat edib?

Tarix:

11-11-2021, 13:35

/ 1 243 dəfə oxundu.
BDU-nun 4 müəllimi koronadan vəfat edib?

Son 2 gün ərzində Bakı Dövlət Universitetinin (BDU) 4 müəllimi dünyasını dəyişib. Filologiya fakültəsinin dosenti Tamilla Qurbanova 83 yaşında, Kimya fakültəsinin professoru Məhərrəm Məhərrəmov 84 yaşında, Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti Aşur Əliyev 75 yaşında, Filologiya fakültəsinin professoru Nizami Xəlilov 72 yaşında vəfat edib.

Sosial şəbəkələrdə müəllimlərin ölüm səbəbinin koronavirus olduğu düşünülür.

Bununla bağlı saytımıza açıqlama verən BDU-nun mətbuat katibi Günel Orucəliyeva bildirib ki, vəfat edən müəllimlər arasında təkcə professor Nizami Xəlilov koronavirusdan dünyasını dəyişib:

"Dosent Aşur Əliyev ürək çatışmazlığından vəfat edib. Digər 2 müəllimin isə fərqli xəstəliklərdən vəfat etdikləri bildirilir”.

скачать dle 12.1

Şərhlər