SON DƏQİQƏ
» » Qarabağda ilk provaslav kilsəsi tikildi- Bakının xəbəri var?

Qarabağda ilk provaslav kilsəsi tikildi- Bakının xəbəri var?

Tarix:

11-11-2021, 08:07

/ 1 211 dəfə oxundu.
Qarabağda ilk provaslav kilsəsi tikildi- Bakının xəbəri var?

Xankəndi yaxınlığındakı hərbi şəhərciyin ərazisində ilk pravoslav kilsəsi açılıb.

Açılış mərasimində Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradov və Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri Gennadi Anaşkin iştirak ediblər.

"Təəssüf ki, Qarabağda heç bir rus kilsəsi salamat qalmayıb. Sovet hakimiyyəti illərində hamısı bolşeviklər tərəfindən dağıdılıb və buna görə də İsanın mövludu şərəfinə ucaldılan Rus Pravoslav Kilsəsi dini, tarixi əhəmiyyət kəsb edir", - "Xankəndi rus icmasının sədri” Aleksandr Bodrov deyib.

Qeyd edək ki, Xankəndidə rus icmasının olması olduqca qəribə məlumatdır. Eyni zamanda, bu kilsənin kimin tabeliyində olacağı və rəsmi Bakının tikinti ilə bağlı icazəsinin olub-olmadığı barədə məlumat yoxdur.axar.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ