SON DƏQİQƏ
» » Mehdiyev Xanlarovanın qudasını çıxartdı, yerinə onu təyin etdi

Mehdiyev Xanlarovanın qudasını çıxartdı, yerinə onu təyin etdi

Tarix:

4-11-2021, 22:13

/ 1 350 dəfə oxundu.
Mehdiyev Xanlarovanın qudasını çıxartdı, yerinə onu təyin etdi

Xəbər verdiyimiz kimi, bu gün AMEA Rəyasət Heyətinin iclasında bir sıra instutların baş direktorları təyin edilib.

GunAz.az xəbər verir ki, tarix elmləri doktoru Abbas Seyidov da AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru vəzifəsinə təsdiqlənib.

Abbas Seyidovun maraqlı tərcümeyi-halı var. Abbas Seyidov 1957-ci ilin aprel ayının 1-də Azərbaycanın Naxçıvan şəhərində anadan olub. 1978-ci ildə Akademik Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsini tarix ixtisası üzrə bitirib. Arxeologiya ixtisası üzrə "Naxçıvanın Kür-Araz mədəniyyəti abidələri” mövzusunda namizədlik (PhD), "Naxçıvanın Tunc dövrü mədəniyyəti” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın Tarix üzrə Ekspert Şurasının üzvüdür. Bu təyinata qədər AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi idi.

28 kitab və monoqrafiyanın, 300-ə yaxın elmi məqalənin müəllifi olan A.Seyidov "Qızıl qələm" mükafatı laureatıdır, peşəkar musiqiçidir, tar, saz, gitara və s. simli musiqi alətlərinin ifaçısıdır.

Qeyd edək ki, bundan öncə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, tarix elmləri doktoru Maisə Rəhimova vəzifədən azad edilmişdi. M.Rəhimova SSRİ xalq artisti Zeynəb Xanlarovanın qudasıdır.


скачать dle 12.1

Şərhlər