SON DƏQİQƏ
» » Gömrük sahəsində kadrların 40%-i yeniləndi - Mehdiyev

Gömrük sahəsində kadrların 40%-i yeniləndi - Mehdiyev

Tarix:

29-10-2021, 23:09

/ 1 426 dəfə oxundu.
Gömrük sahəsində kadrların 40%-i yeniləndi - Mehdiyev

Oktyabrın 29-da Dövlət Gömrük Komitəsi rəhbərliyinin Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüşü keçirilib.

GunAz.az xəbər verir ki, tədbirdə çıxış edən Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann Azərbaycanda həyata keçirilən islahatlar çərçivəsində gömrük sistemində də aparılan modernləşdirmə layihələrinin beynəlxalq ticarətin inkişafına, sərhədkeçmə proseslərinin və gömrük prosedurlarının asanlaşdırılmasına şərait yaratdığını bildirib, təmsil etdiyi qurumla Azərbaycan gömrük orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini önə çəkib.

Görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev "Gömrük nəzarəti və rəsmiləşdirilməsi sahəsində dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsi” adlı məruzə ilə çıxış edib.

Səfər Mehdiyev son illər Dövlət Gömrük Komitəsinin özəl sektorla əməkdaşlığın effektiv mexanizmlərini formalaşdırdığını və islahatlar zamanı özəl sektordan daxil olan əks-əlaqəni daim nəzərə aldığını bildirib. Qeyd olunub ki, hər zaman gömrük-sahibkar münasibətlərinin sağlam əsaslarla təşəkkülünə və gələcəkdə effektiv fəaliyyətin təmin olunmasına xüsusi həssaslıqla yanaşılır və bu prosesin daha da güclənməsi üçün zəruri addımlar atılır.

Səfər Mehdiyev gömrük sistemində zəruri resursların, xüsusilə, müasir biliklərə və bacarıqlara malik kadr ehtiyatlarının olduğunu deyib və son illər gömrük sahəsində kadrların 40%-ə qədərinin yeniləndiyini, effektiv kadr ehtiyatları formalaşdırıldığını vurğulayıb.

Dövlət Gömrük Komitəsinin sədri daha sonra Azərbaycan gömrük orqanlarında son illər həyata keçirilən islahatlar - "kölgə iqtisadiyyatı” ilə mübarizə və şəffaflığın təmin olunması, xarici ticarətin asanlaşdırılması, hüquqpozmalarla mübarizə, xarici ticarət iştirakçılarına bərabər imkanların yaradılması və fiskal sahədə aparılan genişmiqyaslı tədbirlər barədə məlumat verib və gömrük sisteminin gələcək inkişafı ilə bağlı baxışlarını bölüşüb.

Görüşün sonunda Dövlət Gömrük Komitəsinin rəhbərliyi Alman-Azərbaycan Xarici Ticarət Palatası üzvlərinin suallarını cavablandırıb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ