SON DƏQİQƏ

Qızılın qiyməti niyə ucuzlaşır?

Tarix:

29-10-2021, 15:31

/ 2 232 dəfə oxundu.
Qızılın qiyməti niyə ucuzlaşır?

Bazarda bahalaşmanın əsas səbəblərindən biri dünya iqtisadiyyatında baş verən proseslərlərdir. Dünyada pul kütləsinin kəskin şəkildə artması aparıcı aktivlərin qiymətinin qalxmasına da səbəb olub. Fiziki qızılın qiymətinin dünya bazarlarında kəskin şəkildə artmasını müşahidə edirik. Lakin elektron satışlarda ticarəti aparılan qızılın qiymətində müəyyən azalmalar var.

Bu sözləri iqtisadçı-ekspert, professor Elşad Məmmədov dünya və ölkə bazarında qızılın qiymətinin bahalaşması barədə danışarkən deyib.

"Bu onunla bağlıdır ki, fiziki qızılla bağlı qıtlıq var. Bütövlükdə əsas ehtiyat aktivi kimi qızıla tələb artır. Hesab edirəm ki, bu proses davam edəcək. Fiziki qızılın qiymətinin artması bütün hallarda iqtisadi böhran şəraitində mümkün olur. Çünki investrolar üçün qızıl ehtiyat mənbəyi və istiqaməti kimi əsas götürülür. Ona görə Azərbaycanda da bu proseslər gedəcək. Doğrudur, əhalinin alıcılıq qabiliyyəti o qədər də yüksək səviyyədə deyil. Buna baxmayaraq, kağız pulların böyük həcmdə saxlanılmasından daha məqsədyönlüsü qızıldır. Bu səbəbdən yaxın və ortamüddətli perspektivdə qızılın bahalaşması prosesi istər dünya bazarında, istərsə də Azərbaycanda davam edəcək”, - ekspert bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ