SON DƏQİQƏ

Azərbaycan yeni döyüş təyyarələri alır

Tarix:

22-10-2021, 11:49

/ 2 503 dəfə oxundu.
Azərbaycan yeni döyüş təyyarələri alır

Azərbaycan Ordusunda, o cümlədən Hərbi Hava Qüvvələrində bütün islahatlar Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilir. Hər bir qoşun növünün öz inkişaf strategiyası və proqramı var”.

Bunu müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov "report”un sualını cavablandırarkən deyib.

 

Onun sözlərinə görə, yeni silahların, texnologiyaların alınması, şəxsi heyətin hazırlığı və s. məsələlər konseptual şəkildə yerinə yetirilir:

"Hərbi Hava Qüvvələri üçün yeni təyyarələrin alınması nəzərdə tutulur. Bu istiqamətdə danışıqlar aparılır. Ekspertlər tərəfindən bizə təqdim edilən təyyarələrin imkanları öyrənilib. Yəqin ki, yaxın gələcəkdə ictimaiyyət hansı təyyarələrin alınacağını biləcək”./report/

скачать dle 12.1

Şərhlər