SON DƏQİQƏ
» » "Sədərək"dən aldığınız məhsulları artıq "Azərpoçt" çatdıracaq

"Sədərək"dən aldığınız məhsulları artıq "Azərpoçt" çatdıracaq

Tarix:

21-10-2021, 20:52

/ 2 432 dəfə oxundu.
"Sədərək"dən aldığınız məhsulları artıq "Azərpoçt" çatdıracaq

"Azərpoçt” MMC poçt xidmətləri ilə bağlı yeni layihəyə başlayıb.

MMC-dən bildirilib ki, Sədərək Ticarət Mərkəzindən alınan məhsulların Bakı və bölgələr üzrə sürətli çatdırılması həyata keçirilir. Bakıda göndərişlərin çatdırılması gün ərzində, bölgələrə isə 24 saat müddətində təmin olunur.

Ölkədaxili ən sürətli və ən sərfəli poçt xidmətlərini təqdim edən "Azərpoçt” yeni xidmət sayəsində vətəndaşların rahatlığını təmin edərək qeyd edilən ticarət mərkəzindən alınan məhsulları (qida və tez xarab olan mallar istisna olmaqla) birbaşa ünvana çatdırır.

Xidmət onlayn (vətəndaşların internet vasitəsilə dükanlardan aldığı məhsullar) sifarişlərə də şamil olunur.

скачать dle 12.1

Şərhlər