SON DƏQİQƏ

Məktəblər bağlanır? - Nazirlikdən açıqlama

Tarix:

20-10-2021, 23:06

/ 1 403 dəfə oxundu.
Məktəblər bağlanır? - Nazirlikdən açıqlama

Təhsil Nazirliyi koronavirusa yoluxma hallarının artmasına görə məktəblərin bağlanacağı və tədrisin distant formada davam etdiriləcəyi barədə məlumatlara aydınlıq gətirib.

GunAz.az xəbər verir ki, nazirlikdən Milli.az-a məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən qərar olduğu halda ictimaiyyətə açıqlanacağı bildirilib.

Qeyd edək ki, Azərbaycanda sentyabrın 22-dən aşağı siniflərdə (I-IV), sentyabrın 29-dan isə yuxarı siniflərdə (V-XI) əyani tədris bərpa olunub.

Son günlər koronavirusa yoluxma səbəbindən Bakıdakı 20 nömrəli məktəb-lisey, 245 nömrəli tam orta məktəb, "Ankara məktəbi" məktəb-liseyi bağlanıb, bir neçə təhsil müəssisəsində 200-dən çox sinif 14 gün müddətinə distant təhsilə keçib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ