SON DƏQİQƏ

18 oktyabrda iş olacaq?

Tarix:

12-10-2021, 14:47

/ 4 064 dəfə oxundu.
18 oktyabrda iş olacaq?

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Müstəqillik Günü haqqında” yeni qanun layihəsi II oxunuşda qəbul edilib.

Deputatlar layihə haqqında fikirlərini bildiriblər.

 

Musa Qasımlı, Fazil Mustafa, Əvəz Ələkbərli, Nizami Cəfərov qanun layihəsinə dair bir sıra təkliflərlə çıxış edib. Layihəyə əsasən, 28 May – Respublika Gününün adı dəyişdirilərək mayın 28-i Müstəqillik Günü, 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilir.

Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ