SON DƏQİQƏ
» » Qulu Məhərrəmli Nobel Sülh Mükafatı verilən jurnalistlərdən yazdı

Qulu Məhərrəmli Nobel Sülh Mükafatı verilən jurnalistlərdən yazdı

Tarix:

9-10-2021, 12:27

/ 3 400 dəfə oxundu.
Qulu Məhərrəmli Nobel Sülh Mükafatı verilən jurnalistlərdən yazdı

Qulu Məhərrəmli sosial şəbəkə hesabında yaxın günlərdə Nobel Sülh Mükafatı verilən jurnalistlərlə bağlı məlumat paylaşıb.
 
Məlumatda deyilir: Dünən iki jurnalistə beynəlxalq NOBEL SÜLH MÜKAFATI verilib. Filippinli Mariya Ressa və rusiyalı Dmitri Muratov bu mükafata layiq görülüblər. 
Qarabağda erməni  SEPARATİZMinin əleyhdarı kimi tanıdığımız "Новая газета"nın baş redaktoru Dmitri Muratovun Nobel alması Kremli pərt etsə də, Rusiyanın demokratik qüvvələrini, Navalnı tərəfdarlarını xeyli ümidləndirib. Onun mükafatla bağlı dediyi "bu, mənim xidmətim deyil, "Новая газета”nın xidmətidir. İnsanların söz azadlığı hüququnu qoruyan, bu yolda öldürülənlərin xidmətidir" sözləri geniş rezonansa səbəb olub (dəqiq sitat şərh yerində). 

QEYD: Xatırladıram ki, Rusiyada insan haqlarını qoruyan, həmçinin hakimiyyətin və Putinin korrupsiya əməllərini ifşa etdiyi üçün qətlə yetirilmiş məşhur rus jurnalistlərinin bir çoxu, o cümlədən ANNA POLİTKOVSKAYA məhz "Novaya qazeta”da çalışmışdı.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ