SON DƏQİQƏ
» » Onların ailə üzvlərinə də hər ay pul veriləcək - RƏSMİ

Onların ailə üzvlərinə də hər ay pul veriləcək - RƏSMİ

Tarix:

5-10-2021, 23:39

/ 1 411 dəfə oxundu.
Onların ailə üzvlərinə də hər ay pul veriləcək - RƏSMİ

Nazirlər Kabineti Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi qaydasının təsdiq edilməsi ilə bağlı 2011-ci il 12 iyul tarixli 112 nömrəli Qərarında dəyişiklik edib.

GunAz.az xəbər verir ki, müfaviq qərar Baş nazir Əli Əsədov tərəfindən imzalanıb.

 

Qərara əsasən, pul kompensasiyası hər ay prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinin ailə üzvlərinə də veriləcək.

скачать dle 12.1

Şərhlər