SON DƏQİQƏ
» » Zakir Həsənov ikinci fəxri xiyabanı ziyarət etdi

Zakir Həsənov ikinci fəxri xiyabanı ziyarət etdi

Tarix:

27-09-2021, 12:09

/ 3 510 dəfə oxundu.
Zakir Həsənov ikinci fəxri xiyabanı ziyarət etdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov şəhidləri bir dəqiqəlik sükutla anıb.

Əvvəlcə saat 12:00-da axund Hacı Şahin Həsənli şəhidlərin ruhuna dua oxuyub. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca üç dəfə yayılım atəşi açılıb.

xxx

11:25

 

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə Nazirliyinin rəhbərliyi İkinci Fəxri xiyabanı ziyarət edib.

Azərbaycanın suverenliyinin, müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.

Nazir qazilər və şəhid ailələri, eləcə də Milli Qəhrəman İlqar Mirzəyevin anası ilə görüşüb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ