SON DƏQİQƏ
» » Bazarda kartof ucuzdursa alıcı niyə marketə qaçır?

Bazarda kartof ucuzdursa alıcı niyə marketə qaçır?

Tarix:

21-09-2021, 15:10

/ 4 131 dəfə oxundu.
Bazarda kartof ucuzdursa alıcı niyə marketə qaçır?

Son günlər bazarda satılan kartofun qiymətinin marketlərə nisbətən baha olması Bakı sakinlərində narazılıq yaradıb. Sakinlər bildirirlər ki, "8-ci kilometr bazarı”nda Gədəbəy kartofunun 1 kiloqramı 1 manata, İran kartofunun 1 kiloqramı isə 80 qəpiyə satılır. Bu səbəbdən alıcılar marketlərə üz tutur.

Bəzi satıcılar kartof məhsulunun ötən ilə nisbətən çox olduğunu deyirlər.

Saytımıza məlumat verən Gədəbəy sakini Akif İmanzadə qeyd edib ki, bu il məhsul çox olduğuna görə bazarda kartofu ucuz qiymətə satır:

"Lakin alıcılar kartofu marketdən almağa üstünlük verirlər. Təmiz məhsul əlimizdə qalıb çürüyür. Məhsul boldur. Satış isə ötən ilə nisbətən çox azdır”.

Bəs görəsən sentyabr ayında kartofun marketlərdəki qiymətində dəyişiklik varmı?

Apardığımız sorğuya görə məlum oldu ki, bazarda kartofun topdan satış qiymətləri 0,25-0,63 qəpik arasında dəyişir. "8-ci kilometr bazarı”nda isə hazırda kartofun pərakəndə satış qiyməti 0,50-0,80 qəpikdir.

Dövlət Statistika Komitəsindən saytımıza verilən məlumata görə, 2021-ci ilin yanvar-avqust aylarında kartof sahələrindən 828,1 min ton kartof yığılıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,3% çoxdur. Hektardan orta məhsuldarlıq 173,0 sentner təşkil edib. Bu dövrə qədər əkin sahələrinin 47,9 min hektarında, yəni 85,4%-də yığım aparılıb. Hazırda kartofun topdansatış qiyməti ötən günlərə nisbətən 10-18%-ə qədər endirilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ