
Ötən gündən sosial şəbəkələrdə Təcili Tibbi Yardım stansiyasında çalışan operatorla vətəndaş arasında olduğu iddia edilən səs yazısı yayılıb.
Səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığını bildirir və ona "bismillah” deyərək yatmasını məsləhət görür. Daha sonra isə təcili yardım stansiyaya zəng edən qadının kürəkəni onlara bu şəkildə cavab verən operatorun kimliyini soruşur. Bu zaman zəngə cavab verən digər operator stansiyada 5-6 əməkdaşın olduğunu və kimin onlara cavab verdiyi haqda məlumatsız olduğunu qeyd edir. Həmin şəxs pişiyə görə ürəyi tutan şəxsə görə təcili yardımın çağırılmasının düzgün olmadığını deyir və özündən əvvəlki həmkarına haqq qazandırır. Bu zaman vətəndaşla sözügedən operator arasında mübahisə yaranır.
Təcili Tibbi Yardım işçisinin ürəyi tutan vətəndaşa laqeyd münasibəti tənqid obyektinə çevrilib.