Hazırda kirayə mənzil bazarında canlanma var. Yeni tədris ilində ali təhsil müəssisələrində tədrisin ənənəvi qaydada bərpa olunması ilə bağlı qərar veriləndən sonra aktivlik müşahidə olunur.
Bunu "MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.
Ekspertin sözlərinə görə, kirayə mənzil bazarının sentyabr ayının 1-nə olan statistikasına əsasən, qiymətlərdə artım var: "Ötən bir ayda kirayə mənzil bazarında 0,36%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 3,47% artım var. Yəni növbəti ayda qiymətlərin necə dəyişəcəyini zaman göstərər. Hazırda isə müraciət edənlərin sayında çoxalma var. Çünki tələbə axını başlayıb, bunun qiymətlərə necə təsir edəcəyini bu ayın yekununda biləcəyik”.
N.İbrahimli bildirib ki, ümumi şəhər üzrə kirayə mənzillərin orta qiyməti 1 otaqlı mənzillər üçün 380 manat, 2 otaqlılar 449 manat, 3 otaqlı 542 manat, 4 otaqlı mənzillər 769 manat, 5 otaqlılar isə 1156 manat olub.