SON DƏQİQƏ
» » Görus-Qafan yolunda gömrük rüsumu alınır?- RƏSMİ

Görus-Qafan yolunda gömrük rüsumu alınır?- RƏSMİ

Tarix:

13-09-2021, 15:15

/ 3 661 dəfə oxundu.
Görus-Qafan yolunda gömrük rüsumu alınır?- RƏSMİ

Dövlət Gömrük Komitəsi ölkə ərazisindən keçən nəqliyyat vasitələrindən yol vergisi və digər gömrük ödənişlərinin alınması ilə bağlı ötən gün bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatlarla bağlı açıqlama yayıb.

"Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən, ölkə ərazisinə daxil olan və ölkə ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir.

Bu məcəlləyə əsasən, avtonəqliyyat vasitələri yol vergisinə, "Dövlət rüsumu haqqında” qanunun 24-cü maddəsinə əsasən ölkə ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir.

Hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi bütün ölkə ərazisi üzrə təmin olunur".

Qeyd edək ki, ötən gün Gorus-Qafan yolunun Azərbaycandan keçən 21 km-lik hissəsi üçün Azərbaycan DGK-nin tranzit vergisi alınması barədə erməni mediası məlumat yaymışdı.

скачать dle 12.1

Şərhlər