SON DƏQİQƏ
» » Gorus- Qafan yolundakı polis postundan görüntülər yayıldı-VİDEO

Gorus- Qafan yolundakı polis postundan görüntülər yayıldı-VİDEO

Tarix:

13-09-2021, 10:06

/ 4 322 dəfə oxundu.
Gorus- Qafan yolundakı polis postundan görüntülər yayıldı-VİDEO

İrandan Azərbaycan ərazisində müvəqqəti yerləşmiş Rusiya sülhməramlılarının nəzarət etdiyi əraziyə qanunsuz yüklərin daşınmasının qarşısının alınması ilə bağlı polisin qurduğu postdan videogörüntülər yayılıb.

Görüntülərdə artıq Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı əməkdaşlarının Gorus-Qafan yolu üzərində qurulan postda xidmət etdiyi məlum olur.

Sözügedən postda beton lövhələrlə maneələr yaradılıb. Burada İrandan Ermənistana, oradan isə Azərbaycanın Qubadlı rayonunun ərazisindən keçən yük maşınlarına nəzarət olunur.

Bildirilib ki, maşınların daşıdığı yüklər yoxlanıldıqdan sonra onların hərəkətinə icazə verilir. İçərisində qadağan olunmuş yüklər olan avtomobillər geri qaytarılır.


скачать dle 12.1

Şərhlər