SON DƏQİQƏ
» » Bankomatlardakı yararsız pulların məsuliyyətini kim daşıyır?

Bankomatlardakı yararsız pulların məsuliyyətini kim daşıyır?

Tarix:

10-09-2021, 18:15

/ 4 106 dəfə oxundu.
Bankomatlardakı yararsız pulların məsuliyyətini kim daşıyır?

Azərbaycan Mərkəzi Bankı (AMB) tədavüldə olan pul nişanlarının keyfiyyətinin yüksək səviyyədə saxlanılması, pulların saxtalaşdırılmasına qarşı mübarizənin effektiv təşkili və nağd pulla bağlı əhalinin məmnunluğunun təmin edilməsi məqsədilə "Tədavüldə təmiz pul siyasəti” həyata keçirir.

Bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu siyasət çərçivəsində kommersiya banklarından daim avtomatlaşmış sistemlərdə emal edilmiş yüksək keyfiyyətli pul nişanlarının və yaxud AMB-nin müvafiq sistemlərində emal edilmiş pul nişanlarının tədavülə buraxılması tələb olunur.

Bununla belə, son günlər ölkə mətbuatında və sosial şəbəkələrdə Azərbaycan Beynəlxaq Bankı ASC-yə (ABB) məxsus bankomatlardan tədavülə yararsız pul nişanlarının çıxarılması ilə bağlı məlumatlar yayılıb.

Bankomatlardan aşkar edilmiş tədavülə yararsız pul nişanlarına görə məsuliyyəti kommersiya bankları daşıyır. Bununla əlaqədar, bütün kommersiya banklarına, o cümlədən ABB-yə əlavə tədbirlərin görülməsi üçün bir daha göstəriş verilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ