SON DƏQİQƏ

DİM-in gənc əməkdaşı koronadan öldü

Tarix:

10-09-2021, 11:18

/ 4 178 dəfə oxundu.
DİM-in gənc əməkdaşı koronadan öldü

Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşı Zəhra Qarayeva vəfat edib.

Bu barədə DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirib.

O qeyd edib ki, Z.Qarayeva avqust ayının 2-də məzuniyyətə çıxıb, məzuniyyət vaxtı COVID-19-a yoluxub və xəstəxanaya yerləşdirilib:

"Daha əvvəl hər iki doza vaksin olunub. Xəstəxanada müalicə alıb və özünü normal hiss edib. Lakin sonradan daxili orqanlarında – böyrəyində yaranmış problemlə əlaqədar vəziyyəti pisləşib. Həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb və sentyabrın 8-də xəstəxanada vəfat edib. Gənc idi, 29 yaşı var. Allah yaxınlarına səbir versin. Allahdan rəhmət diləyirik!", - X.Xanlarzadə deyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ