SON DƏQİQƏ
» » Kimlərin adı çəkilirdi amma nəticə necə oldu?- Nə baş verdi?

Kimlərin adı çəkilirdi amma nəticə necə oldu?- Nə baş verdi?

Tarix:

8-09-2021, 14:23

/ 4 177 dəfə oxundu.
Kimlərin adı çəkilirdi amma nəticə necə oldu?- Nə baş verdi?

Gənclər və idman naziri postuna bir neçə namizədin – gənclər və idman nazirinin müavinləri İntiqam Babayev, Fərhad Hacıyev, AFFA-nın baş katibi Elxan Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun adları çəkilsə də, yeni təyinat böyük əksəriyyət üçün gözlənilməz oldu. Avropa Gimnastika İttifaqının prezidenti, 42 yaşlı Fərid Qayıbov yeni Gənclər və idman naziri oldu.

Maraqlıdır, idman mütəxəssislərimiz yeni nazir barədə nə düşünür, gənc nazirdən hansı yeniliklər gözlənilir?

Məşhur idman şərhçisi Ramiz Mirzəzadə açıqlamasında yeni nazirinin təyinatını olduqca uğurlu hesab etdiyini bildirib:

"Fikrimcə, kifayət qədər uğurlu bir təyinatdır. Onun həm gimnastika sahəsində, həm də beynəlxalq sahədə təcrübəsi var. Fərid Qayıbov gənc, dinamik və təcrübəli biridir, ona görə də idman sahəmizdə dirçəliş olacağını gözləyirik. Ölkə başçısının da son açıqlamaları göstərdi ki, Azərbaycan idmanında yeni islahatlara, nəfəsə, qana ehtiyac var. Əminəm ki, yeni nazir bu işin öhdəsindən layiqincə gələcək. Fərid Qayıbovun təyinatına qədər bu posta bir xeyli namizəd göstərildi. Bir çoxları üçün yeni nazirin adı gözlənilməz olsa da, idman sahəsi üçün onun təyinatı təəccüb doğurmadı. O, gənc və təbbi ki, nazir postu üçün elə sahənin içindən biridir”.

İdman mütəxəssisi, jurnalist Azər İsmayıl da Fərid Qayıbovun yeni nazir postuna təyinatının arzuolunan olduğunu deyib:

"Fərid Qayıbovun nazir təyin olunması gözlənilən yox, arzuolunan idi. Təyinat arzuolunan olsa da, açığı gözlənilməz də oldu. Çünki o, Avropa Gimnastika İttifaqında fəaliyyət göstərir. Özü ilə də söhbətim olub. Nazir bildirdi ki, Avropa Gimnastika İttifaqında fəaliyyətini davam etdirəcək. Adətən ictimaiyyətdə belə bir fikir formalaşır ki, keçmiş idmançılar, idman sahəsinin adamları idmana rəhbərlik etməlidir. Lakin dünyada idarəetmə üsulları bir qədər dəyişib. İdmana və digər sahələrə yanaşmalara da dəyişir. Düşünürəm ki, yaxşı menecer, yaxşı idarəçi bu kimi postlara təyin edilməlidir. Bu baxımdan Fərid Qayıbovun təyinatını uğurlu sayıram”.

Mütəxəssis bildirib ki, yeni nazirin kollektivə, idmançılara yanaşmasında müasir idartəetmənin bəlli elementləri var:

"Üstəlik o, beynəlxalq təşkilatda idarəçidir. Fərid Qayıbov ənənəvi üsullardan imtina edən şəxsdir. Təyinatında uğurlu olub-olmayacağını əlbəttə ki, zaman göstərəcək. Nazirin bölgələrdə peşəkar idmançıların yetişməsi üçün səylərini artıracağına inanıram.

Nazir legionerləşdirmə məsələsində də müsbət dəyişikliklər edəcək. Onun ənənəvi idman sahəsində legionerləşdirməyə baxışı fərqlidir. Ənənəvi idman növlərində legionerləşməyə məhdudiyyət qoyacaq. Bu başlanğıcda böyük bir addımdır. Bizim ənənəvi idman növlərində çox böyük problemlər var, yerli uşaqlar bəzən kənarda qalırlar. Güləşdə Dağıstandan olan axın daimi müzakirə mövzusudur və s.”

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ