SON DƏQİQƏ

Cəmil Babayev Azərbaycan tərəfinə qaytarıldı

Tarix:

7-09-2021, 20:53

/ 3 669 dəfə oxundu.
Cəmil Babayev Azərbaycan tərəfinə qaytarıldı

Ağdərədə ermənilər tərəfindən saxlanılan azərbaycanlı Cəmil Babayev Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Azərbaycan tərəfinə qaytarılıb.

Bu barədə Sputnik agentliyinin Ermənistan bölməsi məlumat yayıb.

Bildirilib ki, C.Babayev Artur Nalbandyan və Aramais Torozyan adlı 2 erməni əsgərlə dəyişdirilib.

Qeyd edək ki, Babayev avqustun 25-də Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan Ağdərə ərazisində saxlanılıb. Azərbaycan isə sonradan Babayevin Gəncədəki psixiatrik xəstəxanadan qaçaraq, Qarabağa gəldiyini açıqlayıb.

C.Babayev haqda cinayət işi açılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ