SON DƏQİQƏ

"Vətənin haqq səsi" adlı görüş baş tutdu

Tarix:

7-09-2021, 18:44

/ 3 667 dəfə oxundu.
"Vətənin haqq səsi" adlı görüş baş tutdu

"Xəzər Gənclər Evi" sosial xidmət müəssisəsi Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq davamlı silsilə görüşlər keçirir və keçirməyə də davam edir. 

2021-ci ilin bu gününə kimi ümumilikdə, hər birində 100 nəfərin iştirakı ilə 48 görüş və 5 forum keçirilib.

Belə forumlardan biri də 05 sentyabr tarixində keçirildi.  "Xəzər Gənclər Evi" və "Azərbaycan Gənc Könüllülər Akademiyası" 27 sentyabr ANIM GÜNÜ münasibəti ilə Vətən Müharibəsinin 1ci il dönümünə həsr olunan silsilə tədbirlərin ilkini, "Vətənin Haqq Səsi" adlı ilk forumumunu keçirdi. 
Forumun açılışında bütün şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi, daha sonra qonaqlara söz verildi.
 
Forumda qonaqlarımız
Mətanət Həşimova- XTQ giziri Tərzan Həşimov'un həyat yoldaşı
İranə Qeybiyeva- Şəhid Arif Qeybiyev'in həyat yoldaşı 
Simuzər Babayeva - Şəhid Cəmil Həşimli'nin anası 
Fariz Vəliyev-Azərbaycan Gənclik Platformasının rəhbəri 
Sənan Kazımov - aktyor "Soyuq Günəş" filminin Yarmədi 
İranə Kərimova - aktrisa "Soyuq Günəş" filminin Yarqunatı 
Aytac Mahmudov-şəhid Emin Mahmudovun Həyat yoldaşı 
Şəhid Qəzənfər Mütəllimov Ədalət oğlu
Həyat yoldaşı - Zöhrə Mütəllimova Fərman qızı
Məmmədova Xalisə - Şəhid Amil Hüseynovun həyat yoldaşı iştirak etdilər. Qonaqların hər biri şəhidlərimiz haqqında məlumatları bizlərlə bölüşüb, onların əziz xatirələrini yad etdilər.
 
Forumun sonunda gənclərə şəhidlərimizin şəkillərindən ibarət videoçarx təqdim edildi.
"Vətənin haqq səsi" adlı görüş baş tutdu
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ