SON DƏQİQƏ

Bakı metrosunda ŞOK HADİSƏ- QAN LƏKƏSİ

Tarix:

6-09-2021, 19:28

/ 3 667 dəfə oxundu.
Bakı metrosunda ŞOK HADİSƏ- QAN LƏKƏSİ

Bakı metrosunda qatarların hərəkətində gecikmə olub.

Bu barədə "Bakı Metropoliteni"Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, gecikməyə səbəb qatarlardan birinin vaqonunda qan izlərinin aşkarlanması olub: "Metronun "Həzi Aslanov"stansiyasında qatarlardan birinin vaqonunda maşinist qan ləkələri görüb. Dərhal sanitar-gigiyenik normalara uyğun olaraq maşınist aidiyyəti üzrə məlumat verib və qatar saxlanılıb. Vaqona xadimə çağrılıb və qan ləkələri silinib təmizləndikdən sonra qatarın reysə buraxılmasına icazə verilib".

B.Məmmədov bildirib ki, bu səbəbdən qatarların hərəkətində intervaldan artıq iki dəqiqə gecikmə yaranıb: "Artıq interval bərpa olunub və gecikmə yoxdur". ("Trend")

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ