SON DƏQİQƏ

Zəncanlılardan mərkəzi hökumətə TƏLƏB

Tarix:

1-09-2021, 16:39

/ 2 930 dəfə oxundu.
Zəncanlılardan mərkəzi hökumətə TƏLƏB

Zəncanlılardan mərkəzi hökumətə tələb: "Yeni vali yerli şəxs olsun"
GunAz.az bildirir ki, Azərbaycanın Güneyi, Zəncan əhalisi yerli şəxsin bölgəyə vali təyin olunmasını istəyir. Bunu Zəncan və Tarım bölgəsinin İran parlamentindəki nümayəndəsi Mehdi Baqiri bildirib.
Mehdi Baqiri bildirib ki, Zəncan əhalisi eyni zamanda əyalət valisinin bacarıqlı və işbilən olmasını tələb edirlər.
"Bu, Zəncan əhalisinin istəyidir. Onlar millət vəkillərindən yerli şəxslərdən birinin əyalətə vali təyin olunmasını istəyirlər. Valinin masa arxasından qalxıb xalqın problemləri ilə yaxından tanış olmasını tələb edirlər”, - deyə Zəncann millət vəkili "Mehr” xəbər agentliyinə müsahibəsində bildirib.
"Valinin yerli olmasını tələb etmək onun fəaliyyətinin səmərəli olmasına görədir. Burada yerliçilik təəssübkeşliyi yoxdur", - deyə o bildirib.
Qeyd edək ki, Zəncan əyalətinin hazırkı valisi Fətullah Həqiqi milliyyətcə türkdür və Mərkəzi əyalətin Savə şəhərindəndir. O, 14 noyabr 2018-ci ildən əyalət valisi kimi fəaliyyət göstərir.
İbrahim Rəisi 13-cü dövr prezidentlik seçkilərində qalib gəldikdən sonra əyalətlərdə bələdiyyə başçıları və valilərin dəyişdirilməsi prosesi başlayıb.
Rəsmi şəkildə təsdiq olunmasa da Zəncan əyalətinin valisinin dəyişdiriləcəyi bildirilir. Yerli olmayan şəxsin vali təyin olunacağı zəncanlıların narahatlığına səbəb olub.
Onlar İran parlamentində təmsil olunan millət vəkillərinə müraciət edərək bu barədə təkliflərini parlamentdə səsləndirməyi istəyiblər.
скачать dle 12.1

Şərhlər