
Ölkənin əmtəə bazarında satılan bütün malların, eləcə də qida mallarının etiketində xarici dillə yanaşı, Azərbaycan dilində mütləq məlumat olmalıdır.
Bunu açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
"Dil haqqında və yeyinti məhsulları haqqında qanunda, o cümlədən Nazirlər Kabinetinin 94 saylı qərarında və digər qanunvericilik aktlarında birmənalı şəkildə bu, göstərilir. Yeyinti məhsulları haqqında qanunda qeyd olunur ki, malın tərkibi barədə istehlakçıya etiketdə məlumat verilməlidir. AZZA-nın belə hala yol verməsi istehlakçı hüquqlarının və dövlətin bir çox qanunlarının pozulmasıdır”.
Qeyd edək ki, dünən hüquqşünas Fərhad Mehdiyev AZZA-da tərkibində donuz əti olan kolbasa-sosis məhsulları satılması ilə bağlı məlumat yaymışdı.