SON DƏQİQƏ
» » Universitetlər açılır- Kirayə qiymətləri bahalaşacaq?

Universitetlər açılır- Kirayə qiymətləri bahalaşacaq?

Tarix:

1-09-2021, 10:12

/ 4 204 dəfə oxundu.
Universitetlər açılır- Kirayə qiymətləri bahalaşacaq?

Ali təhsil müəssisələrində yeni tədris ili ənənəvi qaydada başlayarsa, kirayə mənzillərin qiymətində artım olacaq”.

Bunu daşınmaz əmlak üzrə ekspert  Nüsrət İbrahimov tədrisin ənənəvi qaydada başlamasının kirayə mənzil bazarına necə təsir edəcəyi barədə danışarkən deyib.

Onun sözlərinə görə, kirayə mənzillərdə qiymət artımı tədris prosesindən asılı məsələdir. 

"Kirayə mənzillərin qiymətində artımın olması tədris prosesindən asılıdır. Əgər tədris ənənəvi qaydada keçirilsə, qiymətlər artacaq. Amma tədris onlayn qaydada keçirilsə, indiki qiymətlərdə azalma müşahidə oluna bilər. Hələlik prosesin necə davam edəcəyini deyə bilmərik”. 

Xatırladaq ki, Azərbaycanda yeni tədris ilinin ənənəvi qaydada davam edəcəyi gözlənilir. Bununla bağlı yaxın vaxtlarda qərar açıqlanacaq.

скачать dle 12.1

Şərhlər