SON DƏQİQƏ
» » Ölənlər arasında vaksin olunanlar var?- TƏBİB AÇIQLADI

Ölənlər arasında vaksin olunanlar var?- TƏBİB AÇIQLADI

Tarix:

19-08-2021, 19:01

/ 4 302 dəfə oxundu.
Ölənlər arasında vaksin olunanlar var?- TƏBİB AÇIQLADI

Yoluxma sayının artması fonunda hazırda reanimasiyalarda müalicə alan ağır xəstələr və koronavirusdan ölənlər arasında vaksinasiya olunmuş şəxslər yoxdur.

 

Bunu TƏBİB-in İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyib.

 

Onun sözlərinə görə, koronavirusdan ölən və hazırda reanimasiyada müalicə alan ağır xəstələr vaksinasiyadan keçməyənlərdir:

 

"İnsanlar arasında belə bir söhbət yayılır ki, filankəs vaksin vurdurmuşdu, amma koronavirusa yoluxub. Biz də deyirik ki, heç bir vaksin 100 faiz xəstəlikdən qorumur. Vaksinasiya olunanlar arasında 5-10 faiz insan var ki, onlar koronavirusa yoluxa bilər. İndi bizdə geniş istifadə olunan "Sinovac" vaksininin cəmi iki əks-göstərişi kağızında qeyd olunub. Bunlardan biri əvvəlki vaksinlərə qarşı həyati təhlükə daşıyan allergik reaksiya, ikincisi isə digər xəstəliklərin kəskinləşmə fazasıdır. Qalan heç bir halda əks-göstəriş yoxdur. Amma komissiyamız da bunu tam dəqiqliklə araşdırır və əsaslandırır ki, kimlər bu vaksini hansı səbəbə görə vura bilməz".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ