SON DƏQİQƏ
» » Polis şəhid məzarını ziyarət etmək istəyənlərə qarşı zor tətbiq edib?

Polis şəhid məzarını ziyarət etmək istəyənlərə qarşı zor tətbiq edib?

Tarix:

19-08-2021, 18:35

/ 4 193 dəfə oxundu.
Polis şəhid məzarını ziyarət etmək istəyənlərə qarşı zor tətbiq edib?

Bəzi sosial şəbəkələrdə Yardımlı rayonunda şəhidin məzarını ziyarət etmək istəyən bir qrup rayon sakininə qarşı polis əməkdaşlarının təzyiq göstərməsi, zor tətbiq etməsi ilə bağlı iddialar səsləndirilib.

Aşura mərasimi məqsədilə məscidə yığılan sakinlərdən 30 nəfərə yaxını mərasimdən sonra yaxınlıqda şəhid Şamil Mirzəyevin məzarını ziyarət etmək istəyib. Lakin ərazidəki polislər buna imkan verməyib, hətta sakinlərin əlindəki Azərbaycan bayraqlarını da almaq istəyib.

Məsələ barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, orada polis əməkdaşları tərəfindən heç bir şəxsə qarşı təzyiq göstərilməyib:

"İddialar əsassızdır. Polis əməkdaşları ictimai asayişin qorunması, vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirləri həyata keçiriblər”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ