SON DƏQİQƏ
» » Polis narkotik satışına icazə verir?- DİN -dən rəsmi açıqlama

Polis narkotik satışına icazə verir?- DİN -dən rəsmi açıqlama

Tarix:

29-06-2021, 19:55

/ 4 224 dəfə oxundu.
Polis narkotik satışına icazə verir?- DİN -dən rəsmi açıqlama

Son günlər sosial şəbəkələrdə ölkə ərazisində narkotik vasitələrin, xüsusən, "patı” adlanan, psixotrop maddə olan metamfetaminin kütləvi satışının həyata keçirildiyi və narkotik vasitələrin satışının qarşısının polis əməkdaşları tərəfindən alınmadığı, narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirən şəxslərə qarşı mübarizə aparılmadığı, bu hüquqazidd əməllərlə məşğul olan şəxslərin fəaliyyətinə polis əməkdaşlarının göz yumduğu barədə iddialar yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru, polis kapitanı Anar Qafarov açıqlamasında iddialara münasibət bildirib. Onun sözlərinə görə, polisin ünvanına səslənən bu ittihamları rədd edirlər: "Polis əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr və ya onların prekursorlarının hazırlanması, istehsal edilməsi, əldə olunması, saxlanılması, daşınması, göndərilməsi və ya satılmasına qarşı qətiyyətli mübarizə tədbirləri fasiləsiz olaraq həyata keçirilir. Bu əməliyyatların nəticələri barədə daim ictimaiyyətə ətraflı məlumatlar təqdim edilir. Narkotik vasitə və psixotrop maddələrin satışına qarşı keçirilən əməliyyatlardan hazırlanan videomateriallar nazirliyin sosial şəbəkələrdəki hesablarında, internet resurslarında və kütləvi informasiya vasitələrində yayımlanır".qafqazinfo

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ