SON DƏQİQƏ

FHN-nin bir qrupu geri qayıtdı

Tarix:

19-08-2021, 10:15

/ 4 223 dəfə oxundu.
FHN-nin bir qrupu geri qayıtdı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınları ilə mübarizə məqsədilə qardaş Türkiyə Respublikasına göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Vətənə qayıdıb.

Quru yolla qardaş ölkəyə gedən FHN-nin texnika və heyəti artıq Azərbaycan ərazinə daxil olublar.

Qeyd edək ki, onlar Türkiyə- Gürcüstan- Azərbaycan dövlət sərhədi yolu ilə ölkəyə qayıdıblar.

Xatırladaq ki, Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsində FHN-in 743 əməkdaşı yüksək fədakarlıq göstərib. Bundan başqa, 97 texnika, o cümlədən 77 yanğınsöndürmə, 6 nasos avtomobili, 1 yanacaqdoldurma çəni, 4 qərargah avtomaşını, 2 avtobus və 1 pikap, eləcə də köməkçi texniki vasitələr, "BE-200ÇS” tipli amfibiya təyyarəsi və 1 helikopter Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb edilmişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ