SON DƏQİQƏ

Ermənilər Şuşanın bu kəndindən çıxırlar

Tarix:

18-08-2021, 09:33

/ 4 195 dəfə oxundu.
Ermənilər Şuşanın bu kəndindən çıxırlar

Qarabağdakı erməni separatçıları Şuşa rayonunun Sarıbaba (ermənilər Yextsaoq deyirlər) kəndi ilə bağlı yeni məlumat yayıblar.

Məlumatda erməni hərbi qulluqçuların adı çəkilən kəndi tərk etdikləri bildirilir.

 

Özünü həmin kəndin rəhbəri adlandıran Artak Hakobyan bildirib ki, hazırda yaşayış məntəqəsi müdafiəsiz qalıb:

"Azərbaycanlıların da 3 kilometr geri çəkilməsi üçün əsgərlərimizin mövqelərindən uzaqlaşdırıldığı barədə söz-söhbət dolaşır. Ancaq indi baş verən tək şey yalnız bizim hərbçilərimizin mövqeləri tərk etməsi və azərbaycanlıların hələ də yerlərində dayanmalarıdır”.

Onun sözlərinə görə, rus sülhməramlıları kəndi qorumaq üçün müəyyən müddətə gəliblər, lakin sonra ayrılıblar və bir daha geri qayıtmayıblar./modern.az/

скачать dle 12.1

Şərhlər