SON DƏQİQƏ

Ukrayna dairəsində YENİLİK

Tarix:

13-08-2021, 20:34

/ 4 310 dəfə oxundu.
Ukrayna dairəsində YENİLİK

Ukrayna dairəsi ümumiyyətlə standartlara uyğun deyil.

Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, dairənin içində 7-8 zolaq var:

"Hansı ki, nə girişdə, nə də çıxışda o qədər zolaq yoxdur. Bu problemi həll etmək üçün mütəxəssislərimiz tərəfindən yeni turbo tipli dairə layihəsi hazırlanıb. Biz bu layihəni hazırlayıb dövlət qurumlarına göndərəcəyik. Düşünürük ki, razılıq əldə olunduğu halda problemin həlli mümkündür”.

скачать dle 12.1

Şərhlər