SON DƏQİQƏ
» » Güclü külək Qərb bölgəsində fəsadlar törətdi

Güclü külək Qərb bölgəsində fəsadlar törətdi

Tarix:

11-08-2021, 21:56

/ 1 362 dəfə oxundu.
Güclü külək Qərb bölgəsində fəsadlar törətdi

Güclü külək günorta və axşam saatlarında Qərb bölgəsinin bir neçə rayonunda fəsadlar törədib, ağaclar sınıb, elektrik enerjisinin verilməsi dayandırılıb.

GunAz.az xəbər verir ki, sərt hava şəraiti Daşkəsən rayonu ilə yanaşı, Göygöl rayonunda da fəsadlar törədib, ağaclar sınıb. Bəzi vətəndaşların fərdi təsərrüfatına ziyan dəyib.

Hazırda Daşkəsən və Göygöl rayonlarında güclü ildırım çaxır, yağış yağır.

Daşkəsən, Şəmkir, Göygöl, Samux rayonlarında, həmçinin Gəncə şəhərində küləkli hava şəraiti müşahidə olunur.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ