SON DƏQİQƏ
» » Operativ qərargah məlumat yaydı- Bu tarixdən sonra...

Operativ qərargah məlumat yaydı- Bu tarixdən sonra...

Tarix:

2-08-2021, 15:24

/ 4 330 dəfə oxundu.
Operativ qərargah məlumat yaydı- Bu tarixdən sonra...

2021-ci il 5 avqust tarixindən hava nəqliyyatı vasitəsilə 20 ölkənin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir.

Bununla bağlı Baş nazir Əli Əsədov "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda dəyişiklik edib.

İcazə verilən ölkələr aşağıdakılardır:

Almaniya Federativ Respublikası;

Avstriya Respublikası;

Belçika Krallığı;

Çexiya Respublikası;

Danimarka Krallığı;

İrlandiya Respublikası;

İspaniya Krallığı;

İsveç Krallığı;

İsveçrə Konfederasiyası;

Kanada;

Lüksemburq Böyük Hersoqluğu;

Malta Respublikası;

Niderland Krallığı;

Polşa Respublikası;

Portuqaliya Respublikası;

Serbiya Respublikası;

Sinqapur Respublikası;

Sloveniya Respublikası;

Slovakiya Respublikası;

Yunanıstan Respublikası.

скачать dle 12.1

Şərhlər