
Özbəkistan birbaşa uçuşları bərpa etmək təklifi ilə Azərbaycana müraciət göndərib.
Azərbaycan hazırda bu təklifi nəzərdən keçirir.
Xatırladaq ki, Bakıdan Özbəkistanın paytaxtı Daşkəndə birbaşa reys 2018-ci il iyunun 30-dan etibarən "Azərbaycan Hava Yolları” (AZAL) tərəfindən açılıb. Lakin dünyada tüğyan edən koronavirus pandemiyası səbəbindən uçuşlara qadağa qoyulub.



























