SON DƏQİQƏ

İsrail səfiri Elin Süleymanovu təbrik etdi

Tarix:

26-07-2021, 23:08

/ 1 360 dəfə oxundu.
İsrail səfiri Elin Süleymanovu təbrik etdi

İsrailin Azərbaycandakı səfiri Corc Dik azərbaycanlı həmkarı Elin Süleymanovu Azərbaycanın Böyük Britaniyadakı səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

GunAz.az xəbər verir ki, bu barədə səfir Dik öz rəsmi Tvitter hesabında paylaşım edib.

"Əziz dostum Elin Süleymanovu yeni təyinatına görə təbrik edirəm. Azərbaycanın ABŞ-dakı səfiri olduğu müddət ərzində millətlərarası körpülər qurdu. Əminəm ki, eynisini və daha artığını Londonda da edəcək”, - səfir bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Elin Süleymanov Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bundan əvvəl Elin Süleymanov Azərbaycanın ABŞ-dakı səfiri vəzifəsində çalışırdı.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ