SON DƏQİQƏ
» » Şuşa daha bir möhtəşəm tədbirə hazırlaşır

Şuşa daha bir möhtəşəm tədbirə hazırlaşır

Tarix:

24-07-2021, 16:22

/ 4 187 dəfə oxundu.
Şuşa daha bir möhtəşəm tədbirə hazırlaşır

Yaxın günlərdə Türkiyə və Pakistan parlamentlərinin nümayəndə heyətləri Azərbaycana səfərə gələcək.

Milli Məclisdə Azərbayaycan, Türkiyə və Pakistan parlamentinin nümayəndə heyətlərinin birgə iclası keçiriləcək.

 

Bu iclasdan sonra hər üç ölkənin parlament təmsilçilərinin Şuşaya səfəri gözlənilir. Əldə etdiyimiz məlumata görə, hər iki ölkədən təxminən 60 nəfərlik nümayəndə heyətləri Bakıya gələcək.

Şuşada keçirilən toplantından sonra Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında xüsusi Bəyannamənin imzalanacağı bildirilib.

İmzalanacaq Bəyannamə Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi, hər üç ölkə arasında siyasi münasibətlərin daha da gücləndirilməsi və başqa sahələri əhatə edəcək./Avropa.info

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ