SON DƏQİQƏ

5-ci ordu korpusunun komandiri kimdir?- Dosye

Tarix:

24-07-2021, 10:27

/ 4 261 dəfə oxundu.
5-ci ordu korpusunun komandiri kimdir?- Dosye

Xəbər verdeiyimiz kimi Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor Seyidov Kənan Əlihüseyn oğlu Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini – qərargah rəisi vəzifəsindən azad edilərək, 5-ci Ordu Korpusunun komandiri təyin edilib.

General Kənan Seyidov İkinci Qarabağ müharibəsi zamanı düşmənə qan udduran xüsusi təyinatlı qüvvələrin komandanlarından biri kimi şanlı döyüş yolu keçib və "Vətən müharibəsi qəhrəmanı” adını alıb.

Kənan Seyidov İmişli rayonunun Bəhramtəpə qəsəbəsində anadan olub və 2003-cü ildə kapitan rütbəsində olarkən "Azərbaycan Bayrağı” ordeni, 2014-cü ildə polkovnik-leytenant rütbəsində olarkən düşmənə qarşı uğurlu xüsusi əməliyyatların həyata keçirilməsinə görə "Vətən uğrunda” medalı, 2016-cı ilin aprel döyüşlərindən sonra "İgidliyə görə” medalı ilə təltif edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ