SON DƏQİQƏ
» » Vaqif Axundovun bacısı oğlu həbs olundu - Rəsmi

Vaqif Axundovun bacısı oğlu həbs olundu - Rəsmi

Tarix:

23-07-2021, 21:01

/ 1 328 dəfə oxundu.
Vaqif Axundovun bacısı oğlu həbs olundu - Rəsmi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin sabiq rəisi, polkovnik Vüsal Babayevin rüşvət almaqda şübhəli bilinərək saxlanılması ilə bağlı məlumatlar yayılıb.

Baş Prokurorluqdan GunAz.az-a bildirilib ki, Vüsal Babayev Respublika Hərbi Prokurorluğunda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaqın gedişatı barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.

Qeyd edək ki, Vüsal Babayev Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun bacısı oğludur.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ