SON DƏQİQƏ

Bayramov Zəriflə nəyi müzakirə etdi?

Tarix:

20-07-2021, 20:13

/ 3 689 dəfə oxundu.
Bayramov Zəriflə nəyi müzakirə etdi?

20 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən bildirilib ki, nazirlər müqəddəs Qurban bayramı münasibətilə bir-birlərini təbrik edib, xalqlarımıza və ölkələrimizə sülh, əminamanlıq və tərəqqi arzu ediblər.

Nazirlər, həmçinin ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar.

скачать dle 12.1

Şərhlər